"Yuventus"un sabiq çalışdırıcısı Massimiliano Alleqri "Mançester Yunayted"ə keçməyə yaxındır.
Tərəflər müqavilə imzalamaq üzrədir. Razılığa əsasən, 52 yaşlı mütəxəssis İngiltərə klubunda ilinə 7.5 milyon avro qazanacaq.
Qeyd edək ki, "MY"nın ölkə çempionatında uğursuz çıxışı səbəbindən yaxın vaxtlarda baş məşqçi Ole-Qunnar Sulşeri istefaya göndəriləcəyi gözlənilir.
Xatırladaq ki, "Mançester Yunayted" ölkə çempionatında 9 xalla 12-ci pillədə qərarlaşıb.